Alternative content

13:40 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp 2019-cu il üçün müdafiə büdcəsini imzaladı
Tramp 2019-cu il üçün müdafiə büdcəsini imzaladı
ANA SƏHİFƏ / DÜNYA
06:08 14.08.2018

ABŞ Prezidenti Donald Tramp 2019-cu il üçün müdafiə büdcəsini imzalamışdır. Mərasim Nyu York ştatındakı Fort-Dram hərbi bazasında keçirilmişdir. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Bundan əvvəl 2019-cu il maliyyə ili üçün 717 milyard dollar məbləğində müdafiə büdcəsinin layihəsini ABŞ Senatı dəstəkləmişdir.

Büdcədə həm də Rusiyanın təsirinin qarşısını almaq üçün vəsait ayrılması nəzərdə tutulur. Həmçinin Pentaqon Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini alması barədə hesabat təqdim etməyənədək Türkiyəyə F-35 qırıcı- bombardmançılarının göndərilməsi dayandırılacaq.

Bundan əlavə, büdcə haqqında qanun ABŞ administrasiyasına və onun podratçılarına Çinin “ZTE Corporation” və “Huawei Thechnologies” şirkətləri ilə işbirliyini qadağan edir. Qanunun müəllifləri hesab edirlər ki, həmin şirkətlər ABŞ-ın milli təhlükəsizliyini təhdid edir.