İtaliyanın şərqində yerləşən Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində azı 11 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 7-nin vəziyyəti ağırdır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyində olan mənbə bildirib.
Bəzi KİV-lər insident nəticəsində ən azı 20 nəfərin həlak olduğunu yazır. Faciə zamanı körpünü dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsinin olduğu bildirilir.
Hazırda hadisə yerində xilasedicilər və kinoloqlar fəaliyyət göstərir.
Qeyd edək ki, uzunluğu 200 metr olan körpü 1960-cı ildə tikilib.