Alternative content

07:51 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yuxululuq yaxınlaşan ölümün ilk əlamətidir
Yuxululuq yaxınlaşan ölümün ilk əlamətidir
ANA SƏHİFƏ / Səhiyyə
05:08 14.08.2018

Yuxu və oyaqqalma rejiminin pozulması yaxınlaşan ölümün əsas əlamətlərindən biridir. Oklend Universitetinin alimləri bildiriblər ki, onlar molekulyar markerlərin tədqiqi ilə məşğul olarkən drozofil milçəyinin öləcəyini əvvəlcədən müəyyənləşdirməyin yolunu tapıblar.

AZƏRTAC Rusiyanın ixtisaslaşmış tibb saytlarına istinadla xəbər verir ki, düzgün qurulmuş bioritm, o cümlədən yuxu və oyaqqalma rejimi ömrü uzada bilər, lakin onun pozulması hətta ölümlə nəticələnəcək ciddi fəsadlar törədə bilər. Deməli, yuxululuq yaxınlaşan ölümün ilk əlamətidir.

Alimlər 10, 30 və 50 günlük milçəklərin periferiya toxumasında və beynində “period” və “timeless” genlərini tədqiq edərkən bu nəticəyə gəliblər ki, onlar artmış fəallığı müşahidə edən zaman həşəratların ölümü yaxınlaşıbmış. Ekspertlər ölümə gətirib çıxara biləcək müvafiq titrəyişi insan orqanizmi ilə müqayisə ediblər. Doğrudur, dəyişiklik milçəklərə daha tez təsir göstərir, odur ki, nəticə göz qabağındadır. Lakin alimlər əmindirlər ki, pozulmuş bioritm ağır xəstəliklərin yaranmasından, sonra isə ölümdən xəbər verən faktdır.