Alternative content

22:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naftalanda kanat yolu çəkiləcək
Naftalanda kanat yolu çəkiləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 14.08.2018

Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.