Alternative content

04:46 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koçaryanın azadlığa buraxılması etirazla qarşılanır
Koçaryanın azadlığa buraxılması etirazla qarşılanır
ANA SƏHİFƏ / DÜNYA
02:08 14.08.2018

Ermənistanın eks-prezidenti Robert Koçaryanın əleyhdarları Yerevan Apelyasiya Məhkəməsinin məlum qərarına etiraz əlaməti olaraq nümayişə çıxmışdır. TASS agentliyinin xəbərinə görə, aksiya Koçaryanın ofisinin yerləşdiyi Erebuni mehmanxanasının yaxınlığında keçirilir. Aksiya iştirakçılarından biri demişdir ki, “Robert Koçaryan cinayətkardır və həbsxanada qalmalıdır. Biz məhkəmənin qərarından narazılığımızı bildirmək üçün bura toplaşmışıq”.

Polis qapını bağlasa da, bəzi mitinqçilər mətbuat konfransı keçirilməsi planlaşdırılan zala daxil ola bilmişlər. Bundan sonra Robert Koçaryanın mətbuat konfransı ləğv edilmişdir.

Xatırladaq ki, srağagün Yerevan Apelyasiya Məhkəməsi konstitusion toxunulmazlığını səbəb gətirərək Robert Koçaryanı azadlığa buraxmışdır.

Ermənistan Xüsusi İstintaq Xidməti (XİX) hesab edir ki, apelyasiya məhkəməsinin qərarı qanunsuzdur, çünki məhkəmə səlahiyyətlərini aşmışdır. XİX ümid edir ki, prokurorluq kassasiya şikayəti verəcək.