14 Avqust 2018 02:08
386
İDMAN
A- A+

Qurban Qurbanov: Uğurlu nəticə qazanmaq üçün meydanda bütün gücümüzü sərf edəcəyik

BATE-nin çox güclü komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu. Cavab oyununda bizi daha çətin mübarizə gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Belarusun BATE klubu ilə səfərdə qarşılaşacaq Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, qələbədən başqa çıxış yolumuz yoxdur. Uğurlu nəticə qazanmaq üçün meydanda bütün gücümüzü sərf edəcək və ən yaxşısını etməyə çalışacağıq.

Heyətdəki zədəli futbolçularla bağlı danışan BATE komandasının baş məşqçisi Aleksey Baqa deyib: “Nikola Vasileviç və Slobodan Simoviç ciddi zədədən sonra məşq edə bilmirlər. Heyətin qalan üzvləri isə hazırlıqda iştirak edirlər. Səfərdə çox ağır oyun keçirdiyimiz üçün bəzi futbolçularımızda kiçik zədələr yaranıb. Amma bu amil onların meydana çıxmasına mane olmayacaq. Komandanın üzvü Mixail Qordeyçukun matça hazır olub-olmayacağını da dəqiq deyə bilmirəm.

“Qarabağ” hücumda yaxşı legionerləri olan peşəkar komandadır. Rəqibin ilk dəqiqələrdən yüksək templə çıxış edəcəyini gözləyirik”, - deyə Belarus təmsilçisinin baş məşqçisi vurğulayıb.

Avqustun 14-də keçiriləcək BATE – “Qarabağ” cavab oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıda keçirilmiş ilk oyun Belarus təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.

Qeyd edək ki, “Qarabağ” BATE ilə oyundan əvvəl son məşqinə çıxıb. Hazırlıq təxminən bir saat davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video