Alternative content

12:08 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ilin payızında Azərbaycanda Xarici İşlər nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə iclas keçiriləcək
Bu ilin payızında Azərbaycanda Xarici İşlər nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə iclas keçiriləcək
ANA SƏHİFƏ / SİYASƏT
01:08 14.08.2018

Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq, Xarici İşlər nazirliklərinin himayəsi altında bu ilin payızında Azərbaycanda xarici işlər nazirlərinin müavinlərinin və ya səlahiyyətli nümayəndələrinin Xəzər dənizi üzrə iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.