Alternative content

04:21 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
Şahin İsmayılov: Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək
ANA SƏHİFƏ / SİYASƏT
12:08 14.08.2018

Yaxın gələcəkdə Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının daha da genişlənəcəyinin, təkcə neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də ortaq layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Şahin İsmayılov qeyd edib ki, avqustun 12-də tarixi hadisənin şahidi olduq. Artıq 1996-cı ildə başlanan danışıqlar öz məntiqi nəticəsini tapdı və Xəzərin hüquqi statusu müəyyənləşdi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin əhəmiyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar. Birincisi, Xəzəryanı ölkələrin uzun müddət apardıqları danışıqlar zamanı ortaya çıxan müəyyən ziddiyyətlər aradan qalxdı. Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı yekun bir qərara gəldilər. Bu, tarixi və siyasi hadisədir. İkincisi, artıq Xəzəryanı ölkələrin daha geniş şəkildə ortaq layihələr həyata keçirməsi asanlaşacaq. Bilirsiniz, müəyyən ziddiyyətli məsələlər mövcud idi. Bu məsələlərdə Xəzəryanı ölkələr razılığa gəldilər. Bir sıra yataqların birgə işlənməsi ilə bağlı perspektiv layihələrin şahidi olacağıq.

Milli Məclisin deputatı deyib: “Üçüncüsü, Xəzərə daha böyük investisiyaların cəlb olunmasını müşahidə edəcəyik. Bu investisiyalar həm neft-qaz yataqlarının birgə işlənməsi sahəsində, həm də Xəzərin turizm və nəqliyyat imkanlarından daha geniş şəkildə istifadə olunmasına gətirib çıxaracaq. Xəzərin olduqca böyük turizm və nəqliyyat imkanları var. Ona görə dövlət başçılarının imzaladığı sənəd Xəzərin bu imkanlarından gələcəkdə daha geniş istifadə olunmasına şərait yaradacaq”.

Şahin İsmayılov bildirib ki, dördüncü istiqamət kimi Xəzəryanı dövlət başçılarının imzaladığı bu sənəddə qarşılıqlı etimadın, inamın, güvənin şahidi olduq. Bu gün Xəzəryanı ölkələrin dövlət başçıları arasında kifayət qədər yaxşı münasibətlər mövcuddur, həm də xalqlarımız arasında tarixi bağlılıq var. Bu, xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxaracaq. Ümumilikdə, bu tarixi sənədin imzalanması əməkdaşlıq üçün geniş perspektivlər açır.