Alternative content

01:52 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşüb
Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşüb
ANA SƏHİFƏ / DÜNYA
10:08 14.08.2018

Ötən həftə ərzində Ukraynada 239 uşaq itib. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis bunlardan 233 nəfərini taparaq evlərinə qaytara bilib. Digər 6 uşağın axtarışları isə davam edir.

Polis itkin düşən uşaqların axtarışı üçün gücləndirilmiş iş rejiminə keçib.