Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:58 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan infrastruktur sisteminin inkişafına görə dünyada öndə olan ölkələrdəndir
Azərbaycan infrastruktur sisteminin inkişafına görə dünyada öndə olan ölkələrdəndir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 14.08.2018

 

Bizdə həm iqtisadi, həm də sosial layihələr paralel həyata keçirilir

 

Dünyada ölkələrin inkişaf göstəricisi bir sıra parametrlərlə ölçülür. Onlardan biri də infrastrukturun inkişafıdır. Müstəqilliyimizin bərpasından sonra bu sahəyə xüsusi diqqət göstərilir. Görülən işlərin nəticəsində ölkəmiz dünyanın inkişaf etmiş infrastruktur layihələri olan dövlətlərindən birinə çevrilib. Dünya İqtisadi Forumunun hesablamalarında qeyd edilir ki, Azərbaycan yol infrastrukturunun inkişafına görə dünyada 36-cı yerdədir. 137 dövlət arasında 36-cı yerdə qərar tutmaq böyük nailiyyət hesab olunur. Üstəlik, bu sahədəki inkişafa görə keçmiş SSRİ məkanında birinci yerdəyik.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə üzrə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq demişdir: “Bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş vermişdir. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var... Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə başlamalıyıq. Beləliklə, biz “Şimal-Cənub nəqliyyat dəhlizi”ni daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək”.
Dövlət başçısı bununla yanaşı, neft-qaz sektorunda icra edilən uğurlu layihələri də qeyd edərək bildirdi ki, may ayında “Cənub qaz dəhlizi”nin rəsmi açılışı tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı bu sektorda qazandığımız böyük uğurun göstəricisidir. Beləliklə, “Cənub qaz dəhlizi”nin dörd layihəsindən üçü artıq reallaşıb. Bunlar “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələridir. Dördüncü layihə olan TAP-da işlər cədvəl üzrə uğurla icra edilir. Həmin layihələrin icrası Azərbaycanın enerji daşıyıcılarının Avropa və dünya bazarına ixracını asanlaşdıracaq. Həm də ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olaraq siyasi mövqeyini daha da gücləndirəcək.
Hazırda ölkədə yeni dəmir yolu xətlərinin çəkilməsi istiqamətində mühüm işlər görülür. Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir. Bundan əlavə, gələcəkdə Xaçmaz rayonu ərazisindən Qusar rayonuna da dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu layihələrin icrası həmin bölgələrdə turizmin inkişafına geniş imkanlar yaradacaq.
Dövlət infrastruktur layihələrini icra edərkən iki amilə xüsusi diqqət yetirir. Belə ki, iqtisadi əhəmiyyətli layihələrlə yanaşı, sosial əhəmiyyətli layihələr də icra edilir. Bunun nəticəsidir ki, son dövrlər ölkədə mükəmməl sosial infrastruktur yaradılıb. Təkcə bu il 137 modul tipli məktəb tikilərək istifadəyə veriləcək, paytaxtda yerləşən 12 məktəbdə əsaslı təmir işləri həyata keçiriləcək. Ölkə üzrə 6 xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Dövlət başçısı tərəfindən cari ildə qazlaşdırma üzrə işlərin 95 faizə çatdırılması barədə tapşırıq verilib. Bununla yanaşı, içməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam etdirilir. Nəzərdə tutulan plana görə, ilin sonuna kimi 2 min kilometr yeni avtomobil yolu salınmalıdır ki, bu da ən azı 600 kənd yolunun müasir standartlara çatdırılması deməkdir.
Su təminatı ilə bağlı infrastruktur layihələri həm iqtisadi, həm də sosial xarakterlidir. Buna görə də ölkə üzrə belə layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə son dövrlər çox iş görülüb. Qarşıya qoyulan vəzifələrdən biri də cari ildə 100 min hektar yeni torpaq sahəsinə suyun verilməsidir. Bundan əlavə, 300 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, onlardan da 175-i istifadəyə verilib. Eyni zamanda, Kür və Araz çayları boyunca sutəmizləyici qurğular quraşdırılaraq həmin bölgələrdə yaşayan əhalinin təmiz içməli suya olan tələbatı ödənilir.
Həyata keçirilən infrastruktur layihələri ölkədə yük və sərnişin daşımanın həcmini artırır. Xüsusilə ölkədən tranzit yüklərin daşınması əlavə valyuta gətirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 110,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən çoxdur. Həmin dövrdə yüklərin 3,9 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 63,9 faizi avtomobil nəqliyyatı, 26 faizi isə boru kəməri ilə daşınıb.
Ölkədə sahibkarlığın inkişafına verilən dəstək digər sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da iş adamlarının uğur qazanmasına imkan yaradır. Belə ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 2 faiz artaraq yükdaşımada onların payı 81,4 faizə çatıb.
Cari ilin birinci yarısında nəqliyyatçılar 952,6 milyon nəfər sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,3 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Statistik rəqəmlərə istinadən deyə bilərik ki, yük və sərnişindaşımada avtomobil nəqliyyatı üstünlük təşkil edir. Həmçinin avtomobil nəqliyyatında da qeyri-neft sektorunun payı yüksəkdir.

Rüstəm KAMAL,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM