Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:36 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uşaqların sağlamlığına dövlət qayğısı davam edir
Uşaqların sağlamlığına dövlət qayğısı davam edir
ANA SƏHİFƏ / Səhiyyə
12:08 14.08.2018

 

Bunu Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsi də sübut edir

 

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində görülən işlər böyük əhəmiyyət daşıyır. Uşaqların icbari dispanserizasiyasının da məqsədi gələcəyimiz hesab etdiyimiz nəslin sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, onların xəstəliklərdən qorunmasıdır. Bu istiqamətdə son illər respublikamızda mühüm işlər aparılır.
Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Yeni dövlət proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 150 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atıldı. Ölkəmizdə həyata keçirilən tədbirlər uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına imkan yaratdı.
Ötən dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün proqram təminatı modulu hazırlandı və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edildi. Hazırlanan proqram təminatı modulunun mövcud elektron sağlamlıq kartı sisteminə inteqrasiyası təmin edildi. Uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlandı.
Dövlət proqramı çərçivəsində hər il uşaqların 95 faizdən çoxu tibbi müayinədən keçirilmiş, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına alınmış, onların arasında müalicə-sağlamlaşdırıcı tədbirlər aparılmışdır. Statistika göstərir ki, bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur.
Bununla yanaşı, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac var.
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, onların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə istiqamətlənməklə, həmçinin kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini, əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Yeni dövlət proqramının əsas vəzifələri tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı işlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqların dispanserizasiyasını yerinə yetirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsidir.
Dövlət proqramından irəli gələn mühüm vəzifələrin həyata keçirilməsi məqsədi ilə səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. Belə ki, Səhiyyə Nazirliyinə dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Həmçinin bütün səhiyyə müəssisələri tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini, dispanserizasiya çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı işlərin qeydiyyat sisteminin təkmilləşdirilməsini yerinə yetirməlidirlər. Təhsil Nazirliyinə isə uşaqların dispanserizasiyasını həyata keçirən, xüsusilə də ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, dispanserizasiyanı yerinə yetirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılması, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə aparılan maarifləndirmə işinin gücləndirilməsi tövsiyə edilib.
Dövlət proqramında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və bərpa müalicəsinin təşkili, eləcə də çətin həyat şəraitində olan, xəstə və xəstələnmə riski olan uşaqların ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsinin həyata keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və yerinə yetirilməsi tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM