Alternative content

20:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sərhədlərimizin keşiyində” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Sərhədlərimizin keşiyində” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 14.08.2018

 

Dövlət Sərhəd Xidməti tərəfindən gənclərin Heydər Əliyev dövlətçiliyinə sədaqət, hərbi vətənpərvərlik, vətənə, qədim tariximizə, mənəvi dəyərlərimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu tədbirlər sırasında yaradıcılıq müsabiqələri xüsusi yer tutur. Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə 1000 nəfərdən artıq yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasından ən yaxşıları seçilərək 40 şeir, 14 hekayə, 15 qəzet məqaləsi, 68 inşa yazısı və 30 rəsm əsəri müsabiqənin finalına buraxılmış, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilmişdir.

Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqının nümayəndələrinin iştirakı ilə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən böyük önəm verilməsi, sərhədçilərin fədakar xidmətlərinin təbliği, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanması üçün bu müsabiqənin ciddi əhəmiyyət kəsb etməsini vurğulamışlar.

Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunmuş, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilmişdir.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önündə xatirə fotoşəkilləri çəkdirilmişdir.

 

“Azərbaycan”