Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:53 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Donald Tramp “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu”nu imzalayacaq
Donald Tramp “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu”nu imzalayacaq
ANA SƏHİFƏ / DÜNYA
09:08 13.08.2018

 

AВŞ Prezidenti Donald Tramp Nyu-York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ Senatında təsdiq edilmiş qanun layihəsi Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

Məlum olduğu kimi, hələ seçkiqabağı kampaniyası dövründə D.Tramp C.Makkeyni tənqid edirdi. İyun ayında C.Makkeynin adını daşıyan daha bir qanun layihəsinin – “Veteranların işi üzrə nazirliyin 2018-ci ildə missiyası haqqında Qanun”un imzalanma mərasimində ABŞ Prezidenti senatorun adını çəkməmişdi. Bunun əvəzinə o, Ağ Evdə olan bir neçə konqresmeni tərifləmişdi.

2019-cu maliyyə ili üçün “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu” müdafiə büdcəsinin 717 milyard dollara qədər artırılmasını nəzərdə tutur. Büdcə layihəsində ABŞ-ın NATO-nun “açıq qapı” siyasətinə sadiq olduğu və ölkənin bu hərbi bloka üzvlüyünün davam edəcəyi göstərilir.

 

 

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM