Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

14:02 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elman Nəsirov: Xəzərin statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq
Elman Nəsirov: Xəzərin statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığı yeni müstəviyə çıxaracaq
ANA SƏHİFƏ / SİYASƏT
09:08 13.08.2018

 

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyətli sənədi imzaladılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Bu il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış “Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi” haqqında Anlaşma Memorandumunun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən E.Nəsirov deyib: “İran Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılaşma əldə edildi. Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlledici addımlardan biri oldu.

Bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi balanslı, çoxvektorlu, tarazlaşdırılmış xarici siyasət kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir. Azərbaycanın digər ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir. Hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan, Türkmənistanla ikitərəfli münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkünsüz olardı. Yəni, bu sənəd ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndiriliməlidir”.

Deputat qeyd edib ki, bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir. Bu Konvensiya dostluğa, əməkdaşlığa, qardaşlığa xidmət edir. Bu nöqteyi nəzərdən imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoiqtisadi, həm də geostrateji əhəmiyyəti mövcuddur.

Elman Nəsirov diqqətə çatdırıb ki, imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir. Ona görə də bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yəni, bu tarixi razılaşma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. “Sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edən bu sənədin imzalanması, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq. Burada həm siyasi, həm iqtisadi, humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıqdan söhbət gedir”,- deyə deputat vurğulayıb.

Elman Nəsirov qeyd edib ki, hər zaman olduğu kimi mühüm tarixi əhəmiyyətli sənədin imzalanması ərəfəsində antiazərbaycan qüvvələr, erməni lobbisinə yaxın olan siyasi dairələr müxtəlif yollarla belə bir tarixi razılaşmanın əldə edilməsinə mane olmağa çalışırdılar. Çünki hamıya aydındır ki, belə bir sənədin imzalanması Azərbaycanın mövqeyini daha da gücləndirəcək, ölkəmiz daha da inkişaf edəcək. Həmin bu qüvvələr bu səbəbdən də yuxularına haram qatıb, cürbəcür ssenariləri işə salmaq istəyirdilər. Hər zaman olduğu kimi bu dəfə də onların arzuları ürəklərində qaldı. Son nəticədə Xəzərin hüquqi statusunun müəyyən edilməsilə bağlı məsələ həllini tapdı, yekun Konvensiya imzalandı. Bu, bir daha onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasi iradəsinin, onun qonşu dövlətlərlə apardığı mehriban qonşuluq siyasətinin, qonşu dövlətlərin liderləri ilə yaratdığı sıx ünsiyyətin, dostluq münasibətlərinin sayəsində 26 ildən çoxdur həllini tapmayan problem öz həllini tapdı. Konvensiyanın imzalanmasından sonra Prezident İlham Əliyev mətbuata bəyanatında da Xəzərin hüquqi statusunu müəyyən edən yekun Konvensiyaya tarixi əhəmiyyətli sənəd kimi qiymət verdi. Eyni zamanda, dövlətimizin başçısı vurğuladı ki, belə bir sənədin imzalanması nəticə etibarı ilə regionda və bütövlükdə qlobal aləmdə sülhə və təhlükəsizliyə xidmət göstərəcək, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq mühitini daha da genişləndirəcək. Bu, həmçinin Xəzər regionunda ekoloji tarazlığın qorunması yolunda mühüm hadisədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM