Alternative content

22:59 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Merkel Avropa ölkələrini birliyə çağırır
Merkel Avropa ölkələrini birliyə çağırır
ANA SƏHİFƏ / DÜNYA
05:08 13.08.2018

Avropa İttifaqı (Aİ) müasir çağırışlara cavab vermək üçün daha sıx birləşərək hərəkət etməlidir. Bu barədə Almaniya Kansleri Angela Merkel İspaniyanın Baş naziri Pedro Sançeslə birgə keçirdiyi mətbuat konfransında bildirmişdir.

Almaniya hökumətinin başçısı vurğulamışdır ki, Aİ ölkələri çağırışlara ancaq birgə cavab verə bilər. Merkel bu kontekstdə iqlim, azad ticarət və miqrasiya məsələlərinə toxunmuşdur. “Şadam ki, Almaniya və İspaniya qeyri-leqal miqrasiyanın qarşısının alınmasında ümumi fikirdədirlər. Aİ-nin heç bir ölkəsi bu məsələnin həllinin tapılmasından yayına bilməz” deyə Kansler əlavə etmişdir.

Merkel xüsusilə vurğulamışdır ki, Aİ Afrika ilə münasibətləri inkişaf etdirməlidir. Bu, qaçqın axınının qarşısını ala bilər. Kansler qeyd etmişdir ki, “biz Afrika haqqında deyil, Afrika ilə danışmalıyıq”. Onun dediyinə görə, elə bir vəziyyət yaratmağa cəhd etmək lazımdır ki, bu sahədə razılaşmalar bütün tərəflərə fayda versin. Merkel nümunə kimi Aİ-nin Türkiyə ilə bağladığı sazişləri göstərmişdir.

Həmçinin məlum olmuşdur ki, Berlin və Madrid qaçqınların qaytarılması üçün ikitərəfli saziş imzalamışlar. Saziş İspaniyada qeydiyyata düşmüş, lakin sonradan Almaniyaya gəlib çıxmış miqrantların geriyə qaytarılmasını nəzərdə tutur.