Alternative content

23:19 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çində tayfun üzündən 205 min nəfər təxliyə olundu
Çində tayfun üzündən 205 min nəfər təxliyə olundu
ANA SƏHİFƏ / DÜNYA
05:08 13.08.2018

Çində “Yagi” tayfunu ucbatından 205 min nəfərə yaxın adam təxliyə edilmişdir. Bu barədə “Sinxua” agentliyi xəbər verir.

Bildirilir ki, “Yagi” Çinin şərqində Çjetszyan əyalətini vuran il ərzində 14-cü qasırğadır. Episentrdə küləyin sürəti saatda 102 kilometrə çatır. Ölkənin on şəhərindən 204 min 949 nəfər təxliyə olunmuşdur. Qasırğa zamanı 21 minə yaxın balıqçı qayığı və 4526 gəmi limanlara qayıtmışdır.