Alternative content

18:41 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə 47 terrorçu zərərsizləşdirildi
Türkiyədə 47 terrorçu zərərsizləşdirildi
ANA SƏHİFƏ / DÜNYA
05:08 13.08.2018

Türkiyədə son bir həftə ərzində 47 terrorçu, o cümlədən PKK-nın altı başçısı zərərsizləşdirilmişdir. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatına istinadən “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, avqustun 6-13-də Daxili İşlər Nazirliyi, jandarma və ordu bölmələrinin iştirakı ilə 2218 əməliyyat keçirilmişdir. Əməliyyatlar nəticəsində 35 terrorçu məhv edilmiş, 3-ü tutulmuş, 9-u silahı yerə qoyaraq təslim olmuşdur.

Tunceli, Hakkari və Bitlis vilayətlərində terrorçuların üç sığınacağı məhv edilmişdir.

PKK terrorçuları ilə işbirliyində şübhəli bilinən 128 nəfər saxlanmışdır. Daha 39 nəfər İŞİD terrorçuları ilə əlaqədə ittiham olunaraq tutulmuşdur. Bundan əlavə, FETÖ terrorçu təşkilatının fəaliyyətində iştirak etdikləri güman olunan 312 şəxs saxlanmışdır.

Həmçinin əməliyyatlar zamanı xeyli sayda silah və döyüş sursatı, o cümlədən 31 qumbara, 39 ədəd odlu silah və qumbaraatan, 1329 döyüş sursatı müsadirə edilmişdir.