Alternative content

02:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İspaniyada festivalda körpü uçdu
İspaniyada festivalda körpü uçdu
ANA SƏHİFƏ / DÜNYA
05:08 13.08.2018

İspaniyanın Viqo şəhərində konsert zamanı körpünün uçması nəticəsində yaralananların sayı 312 nəfərə çatmışdır. Bu barədə Qalisiya regionunun rəsmisi Xesus Vaskes Almuinya “Galega” radiostansiyasına müsahibəsində bildirmişdir. Onun dediyinə görə, 5 nəfər, o cümlədən 2 uşaq ağır xəsarət almışdır.

“RİA Novosti” agentliyinin xəbərinə görə, İspaniyanın şimal-qərbində musiqi festivalı zamanı hadisə iştirakçılarının dayandığı taxta platforma uçmuşdur. 50 nəfərdən çox adam xəstəxanalara yerləşdirilmişdir. Digərlərinə yerindəcə tibbi yardım göstərilmişdir. Platforma sahilin üzərində yerləşdiyindən bəzi adamlar dənizə düşmüşdür.