Alternative content

07:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər
Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər
ANA SƏHİFƏ / İDMAN
04:08 13.08.2018

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatına yekun vurulub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ötən həftə qadın idman gimnastlarının mübarizəsindən sonra bu həftə kişi atletlər məharətlərini göstəriblər. Avropanın 37 ölkəsindən 151 böyük, 158 gənc kişi gimnastın qatıldığı mötəbər turnirdə Azərbaycan gimnastları da iştirak ediblər.

Ölkəmiz böyüklər proqramında Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər proqramında isə Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev, Ramin Dəmirov və Rüstəm Əhməd tərəfindən təmsil olunublar.

Gimnastlarımızdan ən yaxşı nəticəni gənclər arasında mübarizə aparan Cavidan Babayev göstərib. O, halqalarda çıxışda final mərhələsinə adlamağı bacarıb. Bununla da ölkəmiz ilk dəfə olaraq, qitə birinciliyinin gənclər arasında final mərhələsində təmsil edilib. İdmançımızın əsas mərhələdəki çıxışı ilə turniri yeddinci yerdə başa vurub.

Böyük və gənc idman gimnastlarının bir arada mübarizə apardığı Avropa çempionatı hər iki ildən bir keçirilir. İki il əvvəl İsveçrənin paytaxtı Berndə keçirilən çempionatda ölkəmiz ilk dəfə həm böyüklər, həm də gənclər proqramında komanda yarışlarında iştirak edərək müvafiq olaraq 19-cu və 22-ci yerlərdə (33 ölkə arasında) qərarlaşmışdı. Bu il isə məhz gənclərdən ibarət komandamız nəticələrini xeyli yüksəldərək 12-ci pillədə yer alıb.

Xatırladaq ki, böyük və gənc kişi idman gimnastları arasında növbəti Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək.