Alternative content

22:04 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-rəsmi məşğulluq işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur
Qeyri-rəsmi məşğulluq işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olur
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:08 13.08.2018

Qeyri-rəsmi məşğulluq işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına ciddi maneə olmaqla, onları, həmçinin təhlükəsiz əmək şəraitində işləmək, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək və s. kimi hüquqlardan məhrum edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin fikir Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nərimanov rayonunda “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda bu sahədə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb.

Tədbirdə qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu izah edilib. Belə halların nəqliyyat iqtisadi sahəsində də mövcud olduğu, işəgötürənlərin bu məsələyə daha məsuliyyətlə yanaşmalarının, hər bir işçi ilə məhz əmək müqaviləsi əsasında əmək münasibətləri qurmalarının vacibliyi diqqətə çatdırılıb.

Seminarda nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb.