Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sağlamlıq və emosiyalar
Sağlamlıq və emosiyalar
ANA SƏHİFƏ / Səhiyyə
04:08 13.08.2018

Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə “qaçmaq” fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir.

AZƏRTAC Rusiyanın tibb sahəsində ixtisaslaşmış KİV-lərinə istinadla xəbər verir ki, Çarlz Darvin təkamül müstəvisində emosiyaları səciyyələndirərkən onların instinkt davranış formaları ilə əlaqəsindən danışıb. Bizim bədənimiz istənilən emosiyaya cavab verir. Deməli, daxilən keçirdiyimiz halların səhhətimizə müsbət və ya mənfi təsirində təəccüblü heç nə yoxdur.

Emosiyaları boğmaq sağlamlığa təsir edə bilər. İnsanın öz emosiyasını boğması böyük qüvvə sərf edərək iri topu su altında saxlamağa bənzəyir. Biz emosiyalarımızı gizlətmək məqsədilə həddən ziyadə səy göstəririk, buna baxmayaraq emosiyalar “azadlığa” buraxılır, özü də müxtəlif xəstəliklərin əhatəsində.

Bizim bədənimiz yaxınlaşan təhlükə barədə daim siqnal verir. Məsələn, kürəyinizdə, sinənizdə ağrılar, başağrısı yaranıbsa, iştahanız pozulubsa, sizdə qəbzlik, ishal yaranıbsa, təngnəfəslik, ağızda quruluq hiss olunursa, yuxu pozulubsa, deməli psixi sağlamlığa və emosiyalara diqqət yetirməyin vaxtı çatıbdır.