Alternative content

03:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olub
Böyük Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:08 13.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi dağ çaylarından - Talaçay, Zilbançay, Kişçay, Kürmükçay çaylarında isə qısamüddətli daşqın və sel olub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, avqustun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 50 kubmetr təşkil etməklə ongünlük normanın 37 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 276 kubmetr olmaqla ongünlük normanın 411 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11,5 kubmetr təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.

Avqustun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 22, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, lakin Surra məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 santimetr (2017-ci il avqustun 13-də 348 sm), Şirvanda 197 (2017-ci il avqustun 13-də 203 sm), Salyanda 95 (2017-ci il avqustun 13-də 133 sm), Bankədə 182 (2017-ci il avqustun 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 santimetrə (2017-ci il avqustun 13-də 60 sm) bərabərdir.