Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:22 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tacikistanda sərt eniş edən Mi-8 helikopterinin ekipajı və alpinistlər sağdır
Tacikistanda sərt eniş edən Mi-8 helikopterinin ekipajı və alpinistlər sağdır
ANA SƏHİFƏ / DÜNYA
02:08 13.08.2018

Şərqi Tacikistan dağlarında 13 alpinisti Fortambek buzlağındakı baza düşərgəsindən çıxararkən sərt eniş edən helikopterin bütün ekipajı və sərnişinləri sağdır.

AZƏRTAC xarici KIV-lərə istinadla xəbər verir ki, bunu respublikanın Fövqəladə Vəziyyətlər Komitəsinin mətbuat katibi Umeda Yusufi bildirib. Onun sözlərinə görə, helikopterin göyərtəsində olan alpinistlərlə əlaqə bərpa edilib, onların dəqiq yeri müəyyən edilib və hazırda təxliyə üçün hazırlıq işləri gedir. Yaxın vaxtlarda Lyaxş aerodromundan qəzanın baş verdiyi rayona Müdafiə Nazirliyinin 3 helikopteri göndəriləcək.

Xatırladaq ki, Tacikistan Milli Qvardiyasına məxsus Mi-8 helikopteri 4,2 min metr yüksəklikdə yerləşən düşərgədən havaya qalxan zaman sərt eniş edib. Alpinistlər İsmoili Somoni zirvəsinə qalxdıqdan sonra Fortambek buzlağının yamacında yerləşən baza düşərgəsinə qayıdırmış. Onların arasında Rusiya, Belorus və İspaniya vətəndaşlarının olduğu bildirilir.

Bir qədər əvvəl KİV-lərdə helikopterin ekipajının həlak olduğu barədə məlumat yayılmışdı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM