13 Avqust 2018 02:08
495
Səhiyyə
A- A+

Orta səviyyədə fiziki fəallıq psixi durumu yaxşılaşdırı

Mütəxəssislərin fikrincə, həddən ziyadə fiziki fəallıq ziyandır, lakin orta səviyyədə idmanla məşğul olmaq psixi durumu yaxşılaşdırır. “The Daily Mail” qəzetinin məlumatına görə, Oksford və Yel universitetləri tərəfindən 1,2 milyon insanı əhatə tədqiqat aparılıb. Müəyyən edilib ki, fiziki fəallıq müəyyən həddi keçəndən sonra onun faydalı təsiri ziyana çevrilə bilər.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, gün ərzində 3 saatdan artıq olmaqla həftədə beş dəfədən çox məşq edən insanların psixi durumu idmandan uzaq insanlarla müqayisədə daha pis olur. Əgər gündə 45 dəqiqə olmaqla həftədə 3-5 gün məşq edilərsə, bu, daha faydalı olar. Müvafiq vaxtı artırmağa ehtiyac yoxdur. Əslində istənilən fiziki fəallıq, hətta ev işi, bağçılıq da depressiya halını 10 faiz azaldır.

Alimlər bütövlükdə müəyyənləşdiriblər ki, pis psixi durumda keçirilən vaxtı komanda idman növləri ilə məşğul olanlar 22 faiz, velosiped sürənlər 21 faiz, idman zallarında məşq edənlər 20 faiz, qaçışla məşğul olanlar 19 faiz, piyada gəzənlər 18 faiz azaldıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video