Alternative content

16:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 13.08.2018

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) "Güzəştli mənzil" sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə avqustun 4-də satış modulunun sınaq (demo) versiyasını istifadəyə verib.

MİDA-dan AZƏRTAC-a bildiriblər ki, "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Elektron İmza" (www.e-imza.az) və ya "Asan İmza" (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Sınaq versiyasının təlim məqsədli olmasına baxmayaraq, bütün əməliyyatlar "Elektron hökumət" portalı üzərində real vaxt rejimində aparılır və mənzil seçimi prosesi - satışı sentyabrın 5-də başlanacaq Yasamal Yaşayış Kompleksinin 324 mənzilin seçimi ilə identikdir. Elektron kabinetə sahib olan vətəndaşların 9 min 377 nəfər olduğunu nəzərə alaraq, sistem vasitəsilə aparılan əməliyyatlar hər gün müvafiq saatlarda yenilənərək sıfırlanır və seçim üçün təkrarən aktivləşdirilir.

"Güzəştli mənzil" sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər.

Avqustun 4-də saat 16:00-dan etibarən avqustun 13-ü saat 00:00-dək "Güzəştli mənzil" sisteminin satış modulunun sınaq versiyasından 12 min 679 dəfə istifadə olunub. Sınaq versiyası vasitəsilə mənzil seçimini həyata keçirən vətəndaşların suallarını cavablandırmaq və istifadə zamanı onların üzləşdiyi texniki çətinliklərə dair müraciətləri ilə bağlı kömək göstərmək məqsədilə MİDA tərəfindən xüsusi işçi qrup yaradılıb. Mənzil seçimi prosesində vətəndaşların "Elektron İmza" və "Asan İmza"dan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallar ilə bağlı avqustun 4-dən etibarən MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan bu müraciətlər işçi qrup tərəfindən emal olunaraq qısa zaman ərzində cavablandırılır və yaranan texniki çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir.

Satış modulunun sınaq versiyasının istifadəsi və bununla bağlı göstərilən dəstək xidməti avqustun 31-dək davam edəcək.