Alternative content

00:58 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 13.08.2018

Bir sıra Azərbaycan məhsullarının Çinə ixracına dair bu ölkənin "Eastern Allfriends" şirkəti ilə ilkin razılıqlar əldə olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu barədə "Eastern Allfriends" şirkətinin nümayəndələri ilə müxtəlif növ qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən yerli iş adamları arasında keçirilmiş görüşdə məlumat verilib.

Görüş çərçivəsində "Eastern Allfriends" şirkətinin nümayəndələri ölkəmizdə istehsal olunan çay, düyü, meyvə şirələri, spirtli içkilər və digər məhsullarla tanış olub, onlarla Çin bazarına, ölkəmizin ixrac imkanlarına dair müzakirələr aparılıb.