Alternative content

22:04 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan atleti Berlində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb
Azərbaycan atleti Berlində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
12:08 13.08.2018

Azərbaycan yığması Berlində keçirilmiş atletika üzrə Avropa çempionatında ilk medalına sahib olub.

AZƏRTAC xəbər verir ki, üçtəkanla tullanma yarışının finalında idmançılarımızdan Aleksis Kopello gümüş medala layiq görülüb. O, 16,93 metr nəticə göstərib. Portuqaliyalı Olimpiya və dünya çempionu Nelson Evora 17,10 metr göstərici ilə Avropa çempionu adını qazanıb. Yunanıstanlı atlet Dimitrios Tsiamis 16,78 metr göstərici ilə bürünc medala yiyələnib.

Azərbaycanın digər idmançısı Nazim Babayev isə 16,76 metr nəticə ilə yunanıstanlı rəqibindən cəmi iki santimetr geri qalaraq dördüncü sıra qərarlaşıb.

Xatırladaq ki, atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparıblar.