Alternative content

19:44 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda ağdərili millətçilərin nümayişi uğursuz keçib
Vaşinqtonda ağdərili millətçilərin nümayişi uğursuz keçib
ANA SƏHİFƏ / DÜNYA
12:08 13.08.2018

Şarlottsvildə 32 yaşlı Hezer Heyerin ölümü ilə nəticələnmiş ağdərili millətçilərin marşının ildönümündə Ağ Ev yaxınlığındakı Lafayet parkına “Unite the Right 2” təşkilatından cəmi bir qrup ağdərili millətçi toplaşıb.

AZƏRTAC xəbər verir ki, etiraz aksiyasına millətçilərdən sayca çox olan rəqibləri də gəlib. Ağdərili millətçilər aksiyasının təşkilatçısı Ceyson Kessler bildirib ki, qrup 100-400 arasında iştirakçı olacağını gözləyirdi. Aksiyanın keçirildiyi yerə irqçiliyə qarşı nümayiş əleyhinə olan iştirakçılar daha çox gəlib. Hər iki aksiyanın iştirakçıları Ağ Evə tərəf polis tərəfindən bölünən paralel dəstə ilə hərəkət edib.

Aksiya ərəfəsində Prezident Donald Tramp irqçiləri pisləyib və amerikalıları birliyə səsləyib. ABŞ Prezidentinin qızı İvanka Tramp da öz “Twitter” səhifəsində ağ irqə üstünlük verənləri və neonasistləri qınayıb.