Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:37 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan Qarnizonu Qoşunlarında əsgərlərin andiçmə mərasimi keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarında əsgərlərin andiçmə mərasimi keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 13.08.2018

Naxçıvan Qarnizonu Qoşunlarında - Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, keçirilən hərbi andiçmə mərasimində gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar. Bununla əlaqədar Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirdə çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, bu ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilib. Beləliklə, həyata keçirilən hərbi əməliyyat uğurla nəticələnib, qarşıya qoyulmuş məqsədə nail olunub, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu daha əlverişli mövqelərdə möhkəmlənib. Gün gələcək ki, Lələtəpə, Cocuq Mərcanlı, Günnüt, Qızılqaya zəfərlərinin sədaları bütün qədim Azərbaycan torpaqlarında, Azərbaycan əsgərinin addım səslərini eşitmək həsrətində olan yurd yerlərimizdən gələcək, işğal altındakı torpaqlarımız tezliklə öz əzəli sahiblərinə qaytarılacaq. Bunun üçün hərbi andı qəbul etmiş əsgərlərimiz çalışmalıdırlar ki, komandirlər tərəfindən öyrədilənləri, silah və texnikanın sirlərini dərindən mənimsəsinlər.

Şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə andiçmə mərasimi başa çatıb.

Mərasimdən sonra əsgər valideynləri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Valideynlər övladlarının hərbi xidmət keçmələrindən qürur hissi keçirdiklərini ifadə ediblər. Çünki övladları şərəfli Azərbaycan əsgəri adını qazanıb və rahatdırlar ki, onlar müasir şəraitə, hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edirlər. Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində əsgərlərin heç bir çətinliklə üzləşmədən xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb. Gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınması, hərbi hissələrə qəbulunun və andiçmə mərasimlərinin yüksək səviyyədə, bayram əhval-ruhiyyəsində keçirilməsi əsgərlərimizə verilən yüksək qiymətdən xəbər verir.

Hərbi xidmətə yeni başlamış gənclərin ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanması üçün plana uyğun dərs və praktiki məşğələlər keçirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM