Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:37 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər müzakirə olunub
DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 13.08.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının qeyd olunan Fərmanının ölkəmizdə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində idarəçilik və əhaliyə xidmətlər sisteminin innovativ əsaslar üzərində inkişafına və tam yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdığını vurğulayıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xüsusi qayğıya ehtiyac duyan insanların qayğı ilə əhatə olunmasında mühüm xidmətlərini diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində ƏƏSMN-in təklifləri əsasında aidiyyəti layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub. Bu da sosial sahədə aparılan islahatlara, əhaliyə göstərilən dövlət sosial xidmətlərinin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqəti və qayğını bir daha təsdiq edir.

S.Babayev yaradılacaq “DOST” mərkəzlərinin əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcəyini deyib.

O diqqətə çatdırıb ki, “DOST” mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunacaq. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılacaq və müvəkkil banka onun üçün ödəniş kartı sifariş ediləcək. Yaxud işsiz və işaxtaran şəxsə mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlbolunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. “DOST” mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq.

Nazir, həmçinin qeyd edib ki, mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Ümumilikdə, “DOST” mərkəzlərinin əsas iş prinsipi müraciət edən şəxslərin göstərilən xidmətlərdən məmnun qalmasını nəzərdə tutur.

S.Babayev bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi artıq hazırdır və ilk “DOST” mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq.

İclasda Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanından irəli gələn vəzifələr, DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər geniş müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM