Alternative content

22:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub
Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
09:08 12.08.2018

 

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində gənc gimnastlar (2003-2005-ci il təvəllüdlü) arasında halqa, top, gürzlər və lentlə hərəkətlərdə fərdi proqram üzrə qalib və mükafatçıların adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, halqa ilə yarışlarda "Ocaq Sport" klubunun yetirmələri olan Yelizaveta Luzan 17,200 xalla birinci, Nərminə Səmədova 17 xalla ikinci, Arzu Cəlilova isə 14,950 xalla üçüncü yerdə qərarlaşıb. Topla hərəkətlərdə də "Ocaq Sport" klubunun həmin gimnastları fərqləniblər. Lakin bu dəfə Arzu Cəlilova (17,650 xal) qızıl, Yelizaveta Luzan (17,450 xal) gümüş, Nərminə Səmədova (17,150 xal) isə bürünc medala sahib olub. Gürzlərlə yarışlarda Nərminə Səmədova 17,250 xal, Arzu Cəlilova 16,650 xal (hər ikisi "Ocaq Sport" klubu), Dərya Farşbafşəhriyari (Bakı Gimnastika Məktəbi) isə 15,700 xal toplayaraq müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşüblər. Lentlə hərəkətlərdə də "Ocaq Sport" klubunun yetirmələri fəxri kürsünün ilk üç pilləsində qərarlaşıblar. Bir-birilərini cüzi xal fərqi ilə üstələyən Nərmin Bayramova (15,150 xal), Yelizaveta Luzan (15,100 xal) və Arzu Cəlilova (15 xal) ilk üçlüyü qapayıblar.

Beləliklə Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.