Alternative content

12:09 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zaqatalada sel və daşqınların törətdiyi fəsadlar aradan qaldırılır
Zaqatalada sel və daşqınların törətdiyi fəsadlar aradan qaldırılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 12.08.2018

 

Son günlər Zaqatala rayonunda intensiv leysan yağışları nəticəsində dağ çaylarında yaranan sel və daşqınların törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon ərazisindən axan Tala və digər dağ çaylarında sululuq bir qədər azalıb. Rayonun Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərində sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ağır tonnajlı texnikalarının köməyi ilə lazımi tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.

Xatırladaq ki, avqustun 9-dan başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın şimal-qərb bölgəsində dağ çaylarında daşqınlar baş verib. Bölgənin bəzi yaşayış məntəqələrinə sel düşüb, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan dəyib.