Alternative content

18:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İngiltərənin Mançester şəhərində silahlı insident nəticəsində 10 nəfər xəsarət alıb
İngiltərənin Mançester şəhərində silahlı insident nəticəsində 10 nəfər xəsarət alıb
ANA SƏHİFƏ / DÜNYA
02:08 12.08.2018

İngiltərənin Mançester şəhərində baş verən silahlı insident nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə avqustun 12-nə keçən gecə yerli vaxtla saat 02:30-da şəhərin Moss Sayd rayonunda baş verib. Hadisənin baş verməsindən bir neçə saat əvvəl həmin ərazidə Karib karnavalı keçirildiyindən orada xeyli adam olub.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı təhqiqat aparırlar.