12 Avqust 2018 12:08
109
CƏMİYYƏT
A- A+

Güclü leysan Zaqatala və Balakəndə fəsadlar törədib Kəndlərdə infrastruktura, vətəndaşların şəxsi təsərrüfatlarına və əkin sahələrinə ziyan dəyib

 

Avqustun 9-dan başlayaraq yağan güclü leysan yağışları respublikamızın şimal-qərb bölgəsi rayonlarının ərazisindən axan dağ çaylarında daşqınlara səbəb olub, bölgənin bəzi yaşayış məntəqələrinə sel düşüb, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan dəyib.

Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sel suları nəticəsində Zilban çayı üzərindəki Zilban və Car kəndlərini birləşdirən, eləcə də Tala çayı üzərindəki Meşleş və Yuxarı Tala kəndlərini birləşdirən körpülərin bəndlərini və çiyin hissələrini su yuyub, körpülərdə hərəkət dayanıb. Təbii fəlakət nəticəsində rayonun Bəhmətli, Lahıc, Höytala, Vöhtala, Mamrux, Çobankol, Zəyəm, Yuxarı Tala, Aşağı Tala və digər yaşayış məntəqələrini, əkin sahələrini, vətəndaşların pay torpaqlarını sel suları basıb. Güclü leysan nəticəsində Zaqatala şəhəri ərazisində V.Qurbanov, Nizami küçələrində və digər ərazilərdə vətəndaşların fərdi yaşayış evlərini və həyətyanı sahələrini su basıb, infrastruktura, o cümlədən yol, içməli su, təbii qaz, elektrik, rabitə və meşə təsərrüfatlarına ciddi ziyan dəyib. Rayon Fövqəladə Hallar Komissiyasının həyata keçirdiyi operativ tədbirlər nəticəsində əhali təhlükəli zonalardan köçürülüb, həyat üçün vacib olan obyektlərin sel sularından mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Aramsız yağışlar davam edir.

Güclü leysan yağışları Balakən rayonunda da fəsadsız ötüşməyib. Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, avqustun 10-dan başlayan və hazırda da davam edən intensiv leysan yağışları rayon ərazisindən axan Katex və Balakən çaylarının daşmasına səbəb olub. Sel daşqınları nəticəsində Katex və İtitala kəndlərində bir çox həyətləri, obyektləri su basıb. Sel suları Katex, Püştətala, Kortala və İtitala kəndlərində vətəndaşlara məxsus təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Siltik su xətti zədələnib, içməli su təchizatında problemlər yaranıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq işlər aparılır.

İntensiv leysan yağışlarının yağması nəticəsində Qax rayonu ərazisindən axan dağ çaylarında da qısamüddətli daşqınlar baş verib, bəzi kəndlərdə infrastruktura və vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə ziyan dəyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video