Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:46 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni cəmiyyətində parçalanma genişlənir
Erməni cəmiyyətində parçalanma genişlənir
ANA SƏHİFƏ / SİYASƏT
12:08 12.08.2018

 

Paşinyan iqtidarına qarşı narazılıqlar getdikcə artır

 

Ermənistanda keçmiş hakimiyyət nümayəndələrinin, onlara yaxın olan şəxslərin həbsinin davam etməsi artıq Nikol Paşinyan iqtidarına qarşı  narazılıqların formalaşmasına gətirib çıxarıb. Amma buna rəğmən həbslər davam edir. Son məlumatlara görə, Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Canik Abramyan da həbs edilib. O, qanunsuz silah əldə etmək və gəzdirmək maddələri üzrə ittiham olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları Canik Abramyanın yaşadığı evdə xeyli sayda silah aşkarlayıb.

Digər maraqlı nüans isə eks-prezident Robert Koçaryanla bağlıdır. Belə ki, Ermənistan Baş Prokurorluğu bir qrup millət vəkilinin Robert Koçaryanın həbs-qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib. Beləliklə, iyulun 27-də həbs olunmuş Robert Koçaryan həbsdə qalıb. Prokurorluğun bəyanatında bunun səbəbi belə izah edilir: “İbtidai istintaqın hazırkı mərhələsində Baş Prokurorluq Robert Koçaryan barəsində həbs-qətimkan tədbirinin dəyişməsini məqsədəuyğun bilmir, çünki digər qətimkan tədbiri şəraitində maneəsiz araşdırma təmin etmək mümkün deyil”.

Koçaryan barəsində həbs tədbirini dəyişmək haqqında Baş Prokurorluğa zəmanəti Ermənistan parlamentinin 46 üzvü, o cümlədən, parlament sədri və onun üç müavinindən ikisi imzalayıb. Onların 42-si Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının, üçü “Daşnaksütyun” və bir nəfəri “Sarukyan” parlament fraksiyalarının təmsilçiləridir. Bir daha xatırladaq ki, Koçaryan “1 mart 2008-ci il” cinayət işi üzrə konstitusiya quruluşunu dəyişməkdə, güclə hakimiyyəti ələ keçirməkdə ittiham olunur. Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Onu da qeyd edək ki,  Koçaryanın həbsi Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma rejimlə də Yerevanın hərbi-siyasi rəhbərliyi arasında qarşıdurmaya səbəb olub. Belə ki, separatçı rejimin “parlamentinin” bir neçə “deputatı” da Ermənistanın baş prokuroruna Koçaryanın Qarabağın işğalında göstərdiyi xidmətlərə görə bağışlanması xahişini edib. Lakin bu xahiş də rədd olunub.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Yerevan Qarabağdakı “deputatların” xahişini qəbul etməyəcək: “Ümumiyyətlə, Qarabağ hakimiyyəti bir şəxsə görə ciddiliyini sual altına qoymamalı idi. Lakin onlar buna getdilər. Bu, Yerevanla Qarabağdakı rejimin qarşıdurmasına gətirib çıxara və daha pis nəticələr doğura bilər. “Qarabağ parlamenti” faktiki olaraq Ermənistanda əks-inqilabi qüvvələrlə birgə hərəkət edir və Yerevanın siyasi qərarlarına müdaxilə edir. Halbuki bu müdaxilə Qarabağla Yerevan arasında ciddi çatlar yarada bilər”.

Bütün bunlar isə erməni cəmiyyətində yeni parçalanmanın olduğunu aydın göstərir. Ermənistanın “Joxovurd” qəzeti yazır ki, baş verənlər fonunda Nikol Paşinyanla onun hökumətinin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyasının münasibətləri artıq əvvəlkitək deyil və getdikcə onlar arasındakı fikir ayrılıqları çoxalır. Qeyd olunur ki, Paşinyanın silahdaşları ilə münasibətlərinin pisləşməsinin səbəbi ölkə daxilində cərəyan edən son siyasi proseslərdir. Belə ki, Paşinyan hökumətində təmsil olunmasına baxmayaraq, “Daşnaksütyun” partiyası, bir növ, ölkə hakimiyyətini ittiham edən bəyanatla çıxış edib.

“Daşnaksütyun”un bəyanatında deyilir ki, sabiq prezident Robert Koçaryan və digər yüksək vəzifəli şəxslərə qarşı ittihamlar, onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi hökumətin və hüquq mühafizə orqanlarının qərəzli istintaqla məşğul olduqları təəssüratını formalaşdırır. 

“Daşnaksütyun”un bu ifadələrinə cavab olaraq Paşinyanın təsis etdiyi “Vətəndaş müqaviləsi” partiyasının üzvü, baş nazirin müavini Tiqran Avinyan bildirib ki, hökumətdə koalisiya formalaşdırdıqları bir partiyanın və tərəfdaşlarının bu addımı ciddi düşünməyə əsas verir: “Onların bu davranışını analiz etməliyik və hesab edirəm ki, bu analiz konkret nəticələrə gətirib çıxaracaq. Görün kim - hökumətin bir hissəsini təşkil edən “Daşnaksütyun” partiyası belə bir bəyanat verir. Onlar icra və məhkəmə hakimiyyətləri arasındakı qarşılıqlı münasibətlərin mahiyyətini bilməlidirlər”.

“Daşnaksütyun” partiyası isə baş nazirin müavininin bu sözlərinə hələlik cavab verməyib. Amma hadisələr göstərir ki, baş verənlər Ermənistanda yeni parçalanmaya rəvac verib və bu, işğalçı ölkənin daha da zəifləməsini qaçılmaz edəcək.  

 

Elçin CƏFƏROV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM