Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

17:47 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq təqvimi: “Quyruqdonan”, yaxud “Quyruqdoğan” ay
Xalq təqvimi: “Quyruqdonan”, yaxud “Quyruqdoğan” ay
ANA SƏHİFƏ / CƏMİYYƏT
08:08 11.08.2018

Tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsillərini, ayları, günləri xalq təqvimində olduğu kimi dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub.

Xalq arasında yayın qovurucu istilərinin keçdiyi günlərdən sonra gecələr havanın nisbətən sərinlənməsinin hiss edildiyi günlərə, daha doğrusu avqustun 5-dən həmin ayın sonunadək olan tarixə “quyruqdonan ay”, “quyruqdoğan ay”, bəzən də “quyruqdolan ay” deyirlər.

AMEA-nın Gəncə bölməsinin şöbə müdiri Ruziyyə Quliyeva AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, avqustun əvvəlinin “qora bişirən ay”, sonrakı günlərin isə bu cür adlandırılması ölkəmizdə, xüsusən də dağlıq bölgələrdə, aran yerlərə nisbətən havaların daha tez sərinləməsi ilə əlaqədardır.

Bəs bölgələrimizdən asılı olaraq dəyişən və bu aya verilən adlardan hansı doğrudur?

Avqustun 5-dən başlayaraq sonunadək olan bu ay üçün işlədilən adların hər birinin müəyyən izahının olduğunu deyən Ruziyə Quliyeva qeyd edib ki, maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi həmin günlərdə havanın sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğunun əridildikdən sonra donması ilə əlaqədardır.

“Lakin Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır”, – deyə Ruziyə Quliyeva bildirib.

Ayın “quyruqdoğdu” adlanması ilə bağlı tarixçi alim Asif Orucovun fikirləri də çox maraqlıdır. Alim deyib ki, avqustun 5-dən sonrakı günlər xalq arasında yayın ortası, yay fəslinin yarı olan günü, yəni “quyruqdoğdu” adlanır. Məhz həmin günlərdə səmada quyruğa oxşayan ulduzlar göründüyü üçün el arasında belə adla adlandırılıb və təsərrüfatın bütün sahələrində ilin bu dövrünə uyğun olaraq müəyyən işlərə başlanılıb.

Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatardılar. Bununla da, maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda isə (avqustun 5-i) quzu qırxımına başlayardılar.

Çobanlar yaxşı pendir əldə etmək üçün “quyruqdoğdu”dan sonra işə başlayırdılar. Xalq arasında həm adı, həm də dadı dillər əzbəri olan arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutulardı. El arasında bu cür pendirlər “payız pendiri” adlanır. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olur.

Alim, həmçinin bildirib ki, ilin bu dövrü əkinçilik təsərrüfatında mühüm yer tutur. Əkinçilik təsərrüfatında bu ulduzların görünməsi yay şumunun başlanmasına işarədir. Torpağı yayda şumlayırlar ki, payız əkininə qədər Günəş şüaları torpağı qovursun. Bu zaman məhsul bol olur. Əkinçilərin dediyinə görə, “quyruq doğana” qədər ot-küləş yığılmaz. Çünki ot ovulub yerə tökülür, tozu isə otu yığan adama zərər verir. Ancaq “quyruq doğandan” sonra yerə şeh düşər ki, bu da küləşin, otun yığılıb daşınma işini asanlaşdırar.

Mövsümi müşahidələrə görə, “quyruq doğanda” sular yerin altına çəkilər. Digər bir inama görə, bu dövrdən etibarən mineral suların tərkibi dəyişər. Sular artıq öz gücünü itirər. Payızda ağacların yarpaqları saraldıqdan sonra sular (mineral) yenidən öz kəsərini bərpa edər.

Həmin vaxtdan etibarən havalar dəyişməyə başlayar, gecələr şeh düşər. Bu isə xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir.

Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri var. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyar.

Qeyd edək ki, xalqın min illik müşahidələrinin nəticəsi olaraq şifahi şəkildə tərtib edilmiş və yaddaşlarda həkk olunmuş bu cür el təqvimi xalq meteorologiyasını, insanların təsərrüfat həyatını, məişət münasibətlərini, eləcə də inamlar sistemini özündə dəqiq əks etdirməklə ənənəvi təsərrüfatla məşğul olan hər bir insanın iqtisadi həyatının əsasını təşkil edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM