Alternative content

09:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daxili işlər orqanları əməkdaşları arasında silahsız özünümüdafiə üzrə təlim keçirilib
Daxili işlər orqanları əməkdaşları arasında silahsız özünümüdafiə üzrə təlim keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
08:08 11.08.2018

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və metropolitenin mühafizəsi üzrə polis şöbəsi əməkdaşlarının təlim-məşq toplantısı keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantı şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnməsi məqsədi daşıyıb.

Toplantıda idmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev çıxış edərək silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsipləri barədə məlumat verib, hər polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətindən danışıb.

Sonra əməkdaşlar həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədilə bacarıqlarını nümayiş etdiriblər.

İl ərzində davam edəcək təlim müddətində idman cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə məsləhətlər verəcəklər.