11 Avqust 2018 08:08
172
DÜNYA
A- A+

Almaniyanın avtomobil sənayesi çalxalanır

Almaniyada avtomobil həvəskarları öz gözünə inanmır. Dünyanın ən iri avtomobil istehsalçısı “Volkswagen” konserni avqustun əvvəlində elan edib ki, bəzi modellərin satışı üçün sifarişlərin qəbulunu dayandırır. AZƏRTAC xəbər verir ki, konsern hibrid avtomobillər və qazla işləyən maşınlar üçün 2018-ci ilin sonuna qədər alıcılardan sifarişlər qəbul etməyəcək. Elektromobillər sifariş edilə bilər, amma gözləmə müddəti təqribən 7 aydır.

Bir neçə məşhur avtomobil brendini birləşdirən “Volkswagen” konserni bütövlükdə deyil, ayrı-ayrı törəmə şirkətləri nəzərdən keçirilsə, daha təsirli mənzərə yaranar. “Audi” və “Porshe”də hibrid maşınların böyük əksəriyyətini sifariş etmək mümkün deyil. Belə ki, VW markalı maşınları zəruri texniki yeniliklərlə təchiz etməyə macal tapmırlar. Odur ki, yeni avtomobilləri avtosalonlara və alıcılara göndərmək yerinə uzun müddət dayanacaqlarda saxlayırlar.

Belə dayanacaqlar isə çatışmır. Konsern bütün Almaniya ərazisində, o cümlədən Berlindəki tikintisi başa çatmamış BER aeroportu ərazisində parketmə yerləri icarəyə götürməyə məcbur olub. Şirkət VW markalı maşınların model sırasını da ciddi nəzərdən keçirməli və Almaniya mətbuatının yazdığına görə, bəzi modifikasiyalarla, o cümlədən VW Golf GTI kimi populyar modifikasiyalarla vidalaşmalı olacaq.

Almaniyanın “Daimler” şirkəti də avqustun 7-də elan edib ki, “Mersedes” avtomobillərini bütün sifarişçilərə vaxtında çatdıra bilməyəcək. Bu ilin iyul ayında 167 518 maşının satılmasının şirkətin tarixində ikinci ən yaxşı nəticə olmasına baxmayaraq, satışların ötən ilin iyul ayı ilə müqayisədə təqribən 8 faiz azaldığını göstərib. BVW-nin vəziyyəti bir qədər yaxşıdır. Amma bavariyalılar da konsernin model sırasındakı maşınların bir sıra modifikasiyalarından imtina etməli olublar. Bütün bunlar bütövlükdə Almaniyanın avtomobil bazarının dayanıqlı inkişafı şəraitində baş verib.

Bəs Avropanın avtomobil sənayesinin liderlərinə nə olub? Nə üçün dünya şöhrətli istehsalçılar bütün arzu edənləri öz maşınları ilə təmin edə bilmirlər? Səbəb avtomobillərin ekoloji parametrlərinin laboratoriya sınaqlarının yeni WLTP prosedurandadır. Bu standart Avropa İttifaqında 2018-ci il sentyabrın 1-dən tətbiq olunacaq və ciddi tənqid olunan NEFZ standartını əvəzləyəcək.

WLTP standartı mahiyyət etibarilə yanacaq xərcləri və atmosferə atılan zəhərli qazlarla bağlı avtomobil istehsalçılarının göstərdikləri göstəriciləri real istismar göstəricilərinə yaxınlaşdırır. Almaniyalı mütəxəssislər bildirirlər ki, əvvəlki standart qüvvədə olan dövrdə laboratoriya göstəriciləri ilə real göstəricilər arasında fərq bəzən 40 faizə çatırdı.

Xatırladaq ki, dizel yanacağı ilə işləyən avtomobillərin atmosferə buraxdığı işlənmiş qazlarla bağlı laboratoriya tədqiqatlarının nəticələri ilə manipulyasiyalar 2015-ci ildə Almaniyanın avtomobil sənayesi tarixində çox böyük qalmaqala – “dizelgeyt”ə gətirib çıxarıb. “Volkswagen” konserni bu qalmaqalın mərkəzində olub. Onun menecerləri barəsində hələ də çoxsaylı araşdırmalar aparılır. Ancaq maşınların istismarının real göstəricilərinin az miqyasda ört-basdır edilməsi barədə ittihamlar Almaniyanın digər avtomobil istehsalçılarının ünvanına səslənib

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video