Alternative content

01:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
08:08 11.08.2018

 

Bu ilin yanvar-iyul ayında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr Rusiya, Türkiyə və Çin olub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda idxalda əsas ölkələrin siyahısında ilk üçlükdə Rusiya, Türkiyə və Çin qərarlaşıb.

Hesabat dövründə Rusiyadan məhsul idxalının dəyəri 917 milyon 145 min ABŞ dolları, Türkiyədən 881 milyon 847 min dollar, Çindən isə 586 milyon 378 min dollar təşkil edib.