Alternative content

21:27 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropada təbii qazı ən ucuz istehlak edən ölkə Türkiyədir
Avropada təbii qazı ən ucuz istehlak edən ölkə Türkiyədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
08:08 11.08.2018

Ötən il Avropada təbii qazı ən ucuz istehlak edən ölkə Türkiyə olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika Bürosu (Avrostat) məlumat yayıb. Bildirilir ki, keçən il Avropa İttifaqına üzv 21 ölkə ilə Moldova, Makedoniya və Serbiyanın da aralarında yer aldığı siyahıda Türkiyə mənzillərdə ən ucuz təbii qaz istehlak edən ölkə olub. 2017-ci ildə mənzillərdə ən bahalı təbii qaz İsveçdə satılıb.

Belə ki, siyahıdakı ümumilikdə 25 ölkə arasında ötən il Türkiyədə mənzillərdə istifadə edilən 1 kilovat-saat elektrik enerjisi ekvivalenti təbii qaz üçün 2,4 avro/sent ödənilib. Siyahıda növbəti pillələrdə Rumıniya və Moldova (3 avro/sent), Serbiya (3,4 avro/sent), Bolqarıstan (3,4 avro/sent) qərarlaşıb.

Keçən il mənzillərdə kilovat-saat ekvivalentinə görə ən bahalı təbii qaz 11,9 avro/sentə İsveçdə satılıb. İsveçi 9,6 avro/sent ilə İrlandiya, 9,3 avro/sentlə Portuqaliyaya, 8,8 avro/sentlə Danimarka və 7,9 avro/sentlə Hollandiya izləyib.