Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:08 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan nümayəndə heyəti Kurık limanının təqdimat mərasimində iştirak edib
Azərbaycan nümayəndə heyəti Kurık limanının təqdimat mərasimində iştirak edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
08:08 11.08.2018

Qazaxıstanın Manqistau vilayətində Prezident Nursultan Nazarbayevin iştirakı ilə Kurık limanının bərə kompleksinin multimodal nəqliyyat mərkəzinin təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycanı sözügedən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Türkmənistan, İran, Çin, Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstanın dövlət orqanlarının, nəqliyyat-logistika şirkətlərinin rəhbərləri qatılıb.

Kurık limanı beynəlxalq nəqliyyat dəhlizləri şəbəkəsinə daxil edilib. Kompleksin avtomobil və dəmir yolu-bərə ötürmə qabiliyyəti ildə 7 milyon tondan çoxdur. Kurıkın gömrük xidməti ən çox 30-40 dəqiqə nəqliyyat vasitələrinə xidmət edəcək, limanının əsas obyektləri terminal-anbar infrastrukturunun inkişafına imkan yaradacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun sözlərinə görə, Kurık limanı Qazaxıstan və Azərbaycan dəmir yolu infrastrukturu arasında texnoloji körpüdür. Azərbaycan nəqliyyatçıları tətbiqi marketinq logistika, dəmir yolu və dəniz nəqliyyatı üzrə müasir multimodal qərarların qəbul edilməsində qazaxıstanlı həmkarları ilə əməkdaşlıq edir.

Təqdimat iştirakçıları Qazaxıstanın nəqliyyat-logistik sistemi və beynəlxalq ticarət axınları, eləcə də onun inteqrasiyasının inkişafının tarixində bu əlamətdar hadisənin əhəmiyyətini qeyd ediblər.

Qazaxıstan Asiya və Avropa arasında transkontinental daşınmaların inkişafı üzrə fəal iş aparır. Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı üçün son 10 il ərzində nəqliyyat-logistika infrastruktura təxminən 30 milyard ABŞ dolları sərmayə qoyulub. Modernləşdirmə və yeni infrastrukturun tikintisi layihələrinin həyata keçirilməsi isə davam edir. İnvestisiyalar 2020-ci ildə daha 8,4 milyard dollar təşkil edəcək. Bu, İpək Yolunun ticarət axınına əlavə təkan verəcək.

Xatırladaq ki, Kurık limanının ilk işə salma kompleks obyektlərinin tikintisinə 2015-ci ilin aprelində başlanılıb. Bu ilin yanvar-iyun aylarında yüklərin boşaldılmasının həcmi 856 min ton təşkil edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM