11 Avqust 2018 02:08
158
DÜNYA
A- A+

ABŞ Türkiyə üçün gömrük rüsumlarını iki dəfə qaldırdı

ABŞ ikitərəfli münasibətlərin pisləşməsi fonunda Türkiyədən daxil olan polad və alüminium üçün gömrük rüsumlarını artırmışdır. Bu barədə Amerika Prezidenti Donald Tramp məlumat vermişdir.

Tramp Twitterdə yazmışdır ki, o, ticarət rüsumlarının iki dəfə artırılması barədə sərəncam vermişdir, hərçənd  Türkiyədə yaranmış mürəkkəb iqtisadi vəziyyəti anlayır: “Mən indicə Türkiyəyə münasibətdə polad və alüminiuma tətbiq olunan rüsumların iki dəfə artrırılmasını təsdiq etdim. Eyni zamanda onların valyutası, türk lirəsi bizim çox güclü dollarımıza nisbətdə sürətlə aşağı düşür! İndi alüminiumunun rüsumu 20 faiz, poladınkı isə 50 faiz təşkil edəcək”.  O həmçinin qeyd etmişdir ki, hazırda ABŞ-Türkiyə münasibətləri “çox da yaxşı deyil”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video