Alternative content

12:10 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yəmənli nazir 2,5 illik həbsdən sonra qiyamçılardan qaçdı
Yəmənli nazir 2,5 illik həbsdən sonra qiyamçılardan qaçdı
ANA SƏHİFƏ / DÜNYA
02:08 11.08.2018

Yəmənin texniki təhsil və peşə hazırlığı naziri Əbdürrəzzaq Əşval qiyamçı hövsilərin nəzarətində olan Səna şəhərində 2,5 illik ev dustaqlığından sonra qaça bilmişdir. Bu barədə nazirə yaxın mənbəyə istinadən “RİA Novosti” agentliyi xəbər verir.

Mənbənin dediyinə görə, Əşval “Ənsar Allah” silahlılarından qaçaraq Ədənə gəlmişdir.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə “Ənsar Allah” hərəkatından olan qiyamçı hövsilər arasında qarşıdurma davam edir. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya vəziyyətə müdaxilə etdikdən sonra qarşıdurma daha da kəskinləşmişdir. O vaxt ölkə ərazisinin xeyli hissəsinə nəzarəti ələ keçirmiş hövsilərə qarşı aparılan əməliyyatı Bəhreyn, Qətər, Küveyt və BƏƏ dəstəkləmişdir. Sonradan onlara Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulmuşdur.