Alternative content

12:13 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyənin Hakkari bölgəsində 4 PKK terrorçusu məhv edilib
Türkiyənin Hakkari bölgəsində 4 PKK terrorçusu məhv edilib
ANA SƏHİFƏ / DÜNYA
11:08 11.08.2018

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları ölkənin Hakkari bölgəsində 4 PKK mənsubunu zərərsizləşdirib.

AZƏRTAC rəsmi informasiya mənbələrinə istinadla xəbər verir ki, TSQ-nin avqustun 2-də Diyarbakirin Kocaköy bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində məhv edilən terrorçulardan biri “Şahin” ləqəbli Ahmet Dorak olub. Bir sıra ağır cinayətlərə ittiham olunan təhlükəli terrorçu Ahmet Dorak Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olub.