Ali qonağın şərəfinə
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Çox hörmətli Emoməli Şərifoviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bir daha bizim bütün əziz qonaqlarımızı Azərbaycanda səmimi qəlbdən salamlayıram. Bu gün ölkələrimiz arasındakı münasibətlərin tarixində əlamətdar gündür. Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında mühüm mərhələdir. Səfər çox uğurlu keçir. Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq. Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Siz hamınız sənədlərin imzalanması mərasimində iştirak etmisiniz. Təkcə bu sənədlərin siyahısı münasibətlərimizin səviyyəsini xarakterizə edir. Bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir. Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq.
Biz bu gün Tacikistanın hörmətli Prezidenti ilə Birgə Bəyanat imzaladıq. Bu, bizim iradəmizi, qarşılıqlı fəaliyyətə yönələn səylərimizi, beynəlxalq vəziyyətlə bağlı məsələlərdə ümumi yanaşmanı, həmçinin Tacikistanın siyasəti çərçivəsində BMT-də su ehtiyatları ilə bağlı irəli sürdüyü çox mühüm təşəbbüslərə Azərbaycanın dəstəyini əks etdirən olduqca vacib siyasi sənəddir. Biz bu bəyanatda mahiyyət etibarilə münasibətlərimizin inkişafının əsas yollarını müəyyən etdik. Mən çox şadam ki, belə bir bəyanat bizim gələcək fəaliyyətimizin təməli olacaq.
Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik.
Bu gün Biz Tacikistanın hörmətli Prezidenti ilə əlbəttə ki, bizi qane etməyən əmtəə dövriyyəsinin səviyyəsi barədə fikir mübadiləsi apardıq. Amma həyata keçirilən tədbirlər və imzalanan sənədlər bizə qısa müddət ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcək.
Bu gün biz nəqliyyat infrastrukturumuzun inteqrasiyası, sənaye istehsalında kooperasiya, xarici bazara çıxış ilə bağlı mühüm qərarlara gəlirik. Sizin bildiyiniz kimi, Azərbaycan son zamanlar nəqliyyat infrastrukturunun olduqca şaxələnmiş sistemini yaradıb. Biz böyük sərmayələr yatıraraq yeni nəqliyyat yolları yaratmışıq. Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir. Avtomobil yollarının, yeni aeroportların, Xəzərdə iri ticarət limanının inşasına da sərmayələr qoyulub. Biz bütün bunları dostlarımıza, Mərkəzi Asiyadakı tərəfdaşlarımıza təqdim edirik. Əlbəttə ki, biz bu gün Tacikistan Prezidenti ilə bu məsələləri ətraflı müzakirə etmişik.
Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir.
Biz Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Bu gün Tacikistan sabit ictimai-siyasi şəraitə malik ölkədir. Bu, inkişaf üçün olduqca mühüm amildir. Xüsusən, biz görəndə ki, Mərkəzi Asiya regionunda, bizim regionda və Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır, yeni münaqişələr başlanır, köhnə münaqişələr öz həllini tapmır, əlbəttə ki, Tacikistanda sülhün hökm sürməsi, vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik – bütün bunlar Sizin ölkənizin dayanıqlı inkişafının rəhnidir. Əlbəttə ki, burada əsas rol Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona məxsusdur. O, hələ Tacikistanın müstəqil dövlət kimi erkən dirçəliş mərhələlərində vətəndaş müharibəsinin qarşısının alınmasında, sülh şəraitinin, rifah və inkişafın yaranmasında böyük rol oynayıb. Əlbəttə, biz nəticələri Tacikistanın sosial-iqtisadi inkişafında görürük. Biz Sizin uğurlara sevinirik və əlbəttə, əminik ki, Prezidentin sosial-iqtisadi inkişafa, Tacikistanın dünyəvi və regional məsələlərdə rolunun və əhəmiyyətinin artmasına yönələn kursu uğurla davam etdiriləcək. Biz isə sizin dostlarınız kimi, uğurlarınızı müşahidə edəcək və sevinəcəyik, öz tərəfimizdən həm Azərbaycanın, həm də Tacikistanın gələcəkdə də uğurlu inkişafı və rifahı üçün səylərimizi əsirgəməyəcəyik.
x x x
Tacikistan Respublikasının Prezidenti Emoməli RƏHMON dost Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident Emoməli Rəhmon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına və Azərbaycan xalqına təşəkkür etdi. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu xatırladan Tacikistan dövlətinin başçısı budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, səfərin çox yaxşı nəticələri var və ölkələrimiz arasında tarixin sınağından çıxmış əlaqələr əməkdaşlıq haqqında yeni sazişlərlə bu gün daha da möhkəmləndirildi. Tacikistan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan konstruktiv və səmimi danışıqlar bir daha sübut etdi ki, dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var. Emoməli Rəhmon Azərbaycan dövlətinin başçısı ilə ənənəvi görüşlərin iki ölkə arasında bütün formatlarda uğurlu qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün çox vacib olduğunu bildirdi.
Xalqlarımızı ümumi tarixin, mədəniyyətin, dinin, adət-ənənələrin birləşdirdiyini vurğulayan Prezident Emoməli Rəhmon dedi:
-Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.
Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğuladı ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb
29 Mart
“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib
29 Mart
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
29 Mart
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!