Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümünə həsr olunan müsabiqəyə yekun vurulub
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümünə həsr olunan müsabiqəyə yekun vurulub
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 10.08.2018

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən gənclərin Heydər Əliyev dövlətçiliyinə sədaqət, hərbi vətənpərvərlik, Vətənə, qədim tariximizə, mənəvi dəyərlərimizə hörmət və ehtiram ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər sırasında yaradıcılıq müsabiqələri xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, avqustun 10-da Dövlət Sərhəd Xidməti Akademiyasında Təhsil Nazirliyi, Mətbuat Şurası, Yazıçılar Birliyi və Rəssamlar İttifaqı ilə birgə müsabiqənin yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə dövlətimiz tərəfindən böyük önəm verilməsi, sərhədçilərin fədakar xidmətlərinin təbliği, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanması üçün bu müsabiqənin ciddi əhəmiyyət kəsb etməsini xüsusi vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 99-cu ildönümü ərəfəsində bədii ədəbiyyat, təsviri sənət, qəzet məqaləsi və orta məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqədə 1000 nəfərdən artıq yaradıcı insan, peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlər sırasından ən yaxşıları seçilərək 40 şeir, 14 hekayə, 15 qəzet məqaləsi, 68 inşa yazısı və 30 rəsm əsəri müsabiqənin finalına buraxılıb, peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.

Qalib gələnlər arasında AZƏRTAC-ın əməkdaşı da var.