Şimali Koreya xəbərdarlıq etmişdir ki, ABŞ-ın Pxenyana qarşı beynəlxalq sanksiyaları genişləndirmək cəhdləri Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə son qoya bilər. Bu barədə “Yonhap” agentliyi xəbər verir.
KXDR Xarici İşlər Nazirliyindəki mənbələrin bildirdiyinə görə, bəzi amerikalı siyasətçilərin sanksiya rejimini genişləndirməyə nail olmaq cəhdləri Koreya yarımadasında sülh prosesini əngəlləyir. “Vaşinqton dialoq üzrə əsas etik qaydalara riayət etməyənə və əvvəlki administrasiyaların səhv xəttini davam etdirənə kimi KXDR razılaşmaları reallaşdırmaq üçün addım atmayacaq. ABŞ KXDR-in səmimi səylərinə cavab verə bilmədi” deyə Pxenyanda vurğulamışlar.