Alternative content

05:09 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük Komitəsi ilə BP əlaqələrin gələcək perspektivlərini müzakirə edib
Gömrük Komitəsi ilə BP əlaqələrin gələcək perspektivlərini müzakirə edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:08 10.08.2018

Dövlət Gömrük Komitəsi (DGK) ilə BP arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 10-da DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

S.Mehdiyev 1994-cü ilin sentyabr ayında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Bakıda dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi anlardan biri olduğunu diqqətə çatdırıb. Xəzər dənizi hövzəsində hasil edilən neftin əlverişli geostrateji mövqeyə malik ölkəmizin ərazisi vasitəsilə dünya bazarına çıxarılmasının respublikamızın inkişafı baxımından həm iqtisadi, həm də strateji əhəmiyyət daşıdığını qeyd edən S.Mehdiyev ümumiyyətlə, respublikamızda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işlərdən məmnunluqla söhbət açıb.

Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrdən məmnunluqla bəhs edən komitə sədri, bu istiqamətdə gömrük orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir”, - deyə sözünə davam edən komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb. O, sahibkarlıq subyektləri ilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.

DGK-nın sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd-keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədilə yeni layihələrin gerçəkləşdirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb. O, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı ətraflı məlumat verib və əyani olaraq bu yeniliklərlə qonaqları tanış edib. Azərbaycan Gömrük Xidmətinin gömrük işinə dair hazırladığı və həyata keçirdiyi müxtəlif layihələrin beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini və bir sıra ölkələrə tövsiyə olunduğunu diqqətə çatdıran komitə sədri Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il iyunun 12-14-də Azərbaycanda keçiriləcəyini, bu mötəbər tədbirdə BP şirkətinin də iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

BP-nin regional prezidenti Qəri Counz “Əsrin müqaviləsi”ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda şirkət tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan Q.Counz gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Azərbaycan gömrüyünün xüsusilə, informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük, xoş təəssüratlar yaratdığını bildirən BP rəsmisi bu uğurların davamlı olacağına əminliyini bildirib.