Alternative content

13:58 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Lerikdə cənub bölgəsinin vətəndaşlarını qəbul edib
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Lerikdə cənub bölgəsinin vətəndaşlarını qəbul edib
ANA SƏHİFƏ / Təhsil
05:08 10.08.2018

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciət və təklifləri dinlənilir, operativ həlli üçün konkret tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da Lerik Rayon Mədəniyyət Mərkəzində cənub bölgəsinin vətəndaşlarını qəbul edib.

Əvvəlcə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Qəbuldan əvvəl rayonun ümumtəhsil məktəblərinin direktorları və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə cari il məzunlarının buraxılış imtahanlarının nəticələri müzakirə edilib.

Tədbirdə çıxış edən DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu cür müzakirələrin çox vacib olduğunu vurğulayaraq, IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarının iki mərhələdə - açıq və qapalı şəkildə keçirildiyini bildirib. Qeyd olunub ki, bu il buraxılış imtahanlarında IX sinif şagirdləri kurrikulum, XI sinif şagirdləri isə ənənəvi təhsil proqramına əsasən imtahan veriblər.

M.Abbaszadə 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli barədə də məlumat verib.

Daha sonra M.Abbaszadə bölgə vətəndaşlarını qəbul edib.

Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon sakinlərinin iştirak etdikləri qəbulda vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, tətbiq olunacaq yeniliklər, ödənişsiz təhsil, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət ediblər.

Qəbul zamanı DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll olunub, digər müraciətlər isə araşdırılması və baxılması üçün qeydiyyata alınıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını ifadə edərək bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.