Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:00 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 30 santimetr artıb
Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 30 santimetr artıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 10.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara çaylarında 50-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, avqustun 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 52 kubmetr olmaqla ongünlük normanın 39 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 50 kubmetr təşkil etməklə ongünlük normanın 38 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 53 kubmetr olmaqla ongünlük normanın 76 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11,5 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Avqustun 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 14, Salyanda 30, Bankədə 24 sm artım qeydə alınıb, lakin Surrada 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 (2017-ci il avqustun 10-da 352 sm), Şirvanda 177 (2017-ci il avqustun 10-da 211 sm), Salyanda 131 (2017-ci il avqustun 10-da 123 sm), Bankədə 201 (2017-ci il avqustun 10-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 santimetr (2017-ci il avqustun 10-da 70 sm) təşkil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM